Sarkisyan
Sarkisyan

Ermənistan Prezidenti Sarkisyan bu gün İrəvanda bəzi diplomatlarla bir yerə gəldiyi yığıncaq əsnasında jurnalistlərin suallarını cavablandırdı. Sarkisyan, Türkiyə- Ermənistan protokoluna bağlı olaraq “Türkiyə ilə dialoqda, Qarabağ probleminə müzakirə mövzusu deyil” dedi.

Sarkisyan bir daha, görüşmələr üçün Qarabağ mövzusu daxil heç bir ayrıcalıq qəbul etməyəcəklərini təkrarladı.

Sarkisyan, ayrıca Türkiyə ilə olan problem Qarabağa bağlıdırsa “Heç görüşməyik” deyərkən, hökumətlər arası bir komissiya qurulacağını, bu komissiya daxilində bir alt komissiyanın çalışacağını açıqladı.

Türkiyə-Ermənistan arasındakı razılaşma ilə bir anda  yaranan yaz havası, İrəvandan gələn bu sərt açıqlama ilə pozuldu. Yaz havası bir neçə saat sürmüş oldu.

Halbuki, iki ölkə arasında razılaşmaya gedildiyi istiqamətindəki xəbərlər, bütün dünyada məmnuniyyətlə qarşılanmışdı. Fransa Prezidenti Sarkozy, xəbəri eşidən kimi, dünən gecə məmuniyətini dilə gətirən bir açıqlama etdi və həm Türkiyə həm də Ermənistanı təbrik etdi.

Vaşinqton da eyni şəkildə “məmnuniyyətini” çatdırmış, hətta prossesi daha da sürətləndirin tövsiyəsini vermişdi. / www.hurriyet.com