Sarkisyan və Ərdoğan
Sarkisyan və Ərdoğan

ERMƏNİSTAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ ARASINDA DİPLOMATİK ƏLAQƏLƏRİN QURULMASI HAQQINDA PROTOKOL

 

 Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti,

Eyni gün imzalanan əlaqələrin inkişaf etdirilməsi haqqındakı Protokolda nəzərdə tutulduğu kimi xalqlarının mənfəətləri üçün siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı qonşuluq əlaqələri qurulmasını və iki tərəfli əməkdaşlığın inkişaf etdirilməsini istəməkdə,

Birləşmiş Millətlər Təşkilatı Şərti, Helsinki Andlaşması və Yeni Avropa üçün Paris Şərti əhatəsindəki öhdəçiliklərinə sadiq olmaqda,

İki tərəfli və beynəlxalq andlaşmalarda bərabərlik, suverenlik, digər dövlətlərin daxili məsələlərinə, torpaq bütünlüyünə və sərhədlərinin pozuntu edilə bilməzliyinə müdaxilə etməmə təəhhüdünü bir daha təsdiq etməkdə,

İki ölkə arasında bölgənin barışa, təhlükəsizliyə və sabitliyə yardım edəcək güvən və təhlükəsizlik mühitinin yaradılıb qorunmasının eyni zamanda təhdid və qüvvət istifadəsindən qaçınmanın problemlərin sülhsevər həllini dəstəkləmə, insan haqqlarını və təməl azadlıqları qorumadakı əhəmiyyətin önəm verməkdə,

İki ölkə arasındakı sərhədin beynəlxalq hüququn əlaqədar andlaşmalarında təyin olunduğu şəkliylə qarşılıqlı olaraq qəbulunu təsdiq etməkdə,

Birlikdə sərhədləri açma mövzusundakı qərarları vurğulamaqda,

Yaxşı qonşuluq əlaqələrinin ruhuna uyğun gəlməyəcək bir siyasət tətbiq etməkdən qaçınacaqlarına aid təəhhüdünü təkrarlamaqda,

Səbəbi nə olursa olsun hər cür terror, şiddət və fanatikliyi qınayıb, bu cür hərəkətləri ürəkləndirmək və onlara dözüm göstərməkdən qaçınmağı təəhhüd edib mübarizədə əməkdaşlığı etməkdə,

Əlaqələrin qarşılıqdlı mənfəətlər, xoş niyyət, barış səyi, qarşılıqlı anlayış  çərçivəsində yenidən şəkilləndiriləcəyinə aid könüllü olduqlarını təsdiqləməkdə,

Bu Protokolun, 1961-ci ildə imzalanan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələri istiqamətində qüvvəyə girdiyi tarixdən etibarən ölkələr arasında diplomatik əlaqələrin qurulmasında və diplomatik vəzifəlilərin dəyişimində razılaşmışdırlar.

Bu Protokol və Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında İkili Əlaqələrin İnkişaf etdirilməsi Haqqında Protokol təsdiq sənədlərinin dəyişməsindən sonra başlayacaq ayın ilk günü kimi təyin olunacaq ortaq bir tarixdən etibarən qüvvədə olacaq.

…’də … tarixində imzalanmış, ermənicə, türkcə və ingiliscə xüsusi surətləri çoxaldılmışdır.

Əgər tərcümədə bir anlaşılmazlıq yaşansa İngiliscə mətn əsas alınacaqdır.

ERMƏNİSTAN RESPUBLİKASI ADINA

TÜRKİYƏ CÜMHURİYYƏTİ ADINA

 

ERMƏNİSTAN RESPUBLİKAS(N)I İLƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ ARASINDAKI ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ HAQQINDAKI PROTOKOL

Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti,

Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında eyni gün imzalanan Diplomatik Əlaqələrin Qurulması Haqqındakı Protokol əsasında,

Qarşılıqlı mənfəətlərə dayanan güvən və hörmət təməlində, iki ölkənin qarşılıqlı əlaqələrini inkişaf etdirmə perspektivlərinin nəzərə alaraq,

Hər iki ölkənin də qarşılıqlı mənfəətlərinə söykənən siyasət, iqtisadiyyat, enerji, çatdırma, elm, texniki, mədəni mövzular və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilib, gücləndirilməsini qərarlaşdırılaraq,

İki ölkə arasındakı əməkdaşlığın, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, Avro-Atlantik Ortaqlıq Şurası və Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olmaq üzrə beynəlxalq və regional təşkilatlar nəzdində dəstəkləyərək,

Bölgənin demokratik və davamiyyətli inkişafını təmin etmək üçün regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə istiqamətli əməkdaşlığında hər iki dövlətin də ortaq məqsədlərini nəzərə alaraq,

Regional və beynəlxalq anlaşılmazlıqların və qarşıdurmaların beynəlxalq hüququn nəzərdə tutduğu normalar və prinsiplər təməlində barışcıl yoldan həll edilməsinə bağlılıqlarını təkrarlayaraq,

Beynəlxalq ictimaiyyətin, terrorizm, beynəlxalq mütəşəkkil cinayətlər, qeyri-qanuni narkotik və silah qaçaqçılığı kimi həm dünyanın həm də bölgənin təhlükəsizliyinə və sabitliyinə istiqamətli təhdidləri həll etmə müddətində etdiyi işləri, aktiv olaraq dəstəkləməyə hazır olduqlarını yenidən təsdiq edərək,

1. Bu protokolun qüvvəyə girməsindən iki ay sonra iki ölkə arasındakı ortaq sərhədin açılması mövzusunda razılaşmaya çatılmışdır.

2. Razılaşılan digər mövzular,

İki ölkə Xarici işlər Nazirlikləri arasında nizamlı olaraq siyasi müzakirələrin icra edilməsi,

İkıi ölkə arasındakı qarşılıqlı etibarı yenidən təsis etmək üçün var olan problemləri təyin etmə və həllinə istiqamətli təklifləri formalaşdırmaq məqsədiylə tarixi qeydlərin və arxivlərin tərəfsiz şəkildə araşdırılmasını da ehtiva edən tarixi nəzərə alaraq bir dialoqun tətbiq olunması,

İki ölkə arasında var olan nəqliyyat, ünsiyyət, enerji infrastruktur və şəbəkələrinin ən yaxşı şəkildə istifadə edilməsi, bu mövzuda lazımlı tədbirlərin alınması;

İki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı qanuni çərçivənin inkişaf etdirilməsi;

Bir-biriylə uyğun təşkilatlar arasında əlaqələri təşviq etmək surətiylə elm və təhsil sahələrində əməkdaşlıq edilməsi, mütəxəssis və şagird dəyişməsinin dəstəklənilməsi, hər iki tərəfin mədəni mirasının qorunması məqsədiylə hərəkət edilərək ortaq mədəniyyət layihələrinin başladılması;

Hər iki ölkə vətəndaşlarına kömək və lazımlı dəstəyin verilməsi məqsədiylə 1963 tarixli Konsolluq Əlaqələri Haqqındakı Vyana Andlaşmasıyla uyğun bir şəkildə konsolluq sahəsində əməkdaşlığın qurulması;

İki ölkə arasında ticarət, turizm və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün konkret addımların atılması,

Ətraf və mühit mövzuları üzərində dialoqun qurulması və əməkdaşlığın gücləndirilməsi.

3. Bu Protokolun funksional 2. paraqrafında bəhs edilən təəhhüdlərin tətbiq olunmasını təmin etmək üçün ayrı alt komitələrin meydana gəlməsinə gətirib çıxaracaq hökumətlər arası qarşılıqlı bir komissiyanın qurulması mövzusunda razılaşma əldə edilmişdir. Bu Protokolun qüvvəyə girməsinin sabahısı günündən etibarən iki ay içərisində iki ölkə Xarici işlər Nazirlərinin başçılığında yaradılacaq bir iş qrupunun, hökumətlər arası komissiya və onun alt komissiyalarının iş əsaslarını hazırlaması.

Bu Protokolun qüvvəyə girməsindən üç ay içərisində bu iş əsaslarının nazirlər səviyyəsində təsdiqlənməsi. Hökumətlər arası komissiyanın, bəhsedilən əsasların qəbulunun dərhal ardından toplanması.

Alt komissiyalarının bundan ən gec bir ay içərisində işlərinə başlaması və səlahiyyət sahələri içindəki məsələlər tamamlanana qədər işlərini davam etdirməsi lazımdır. Uyğun hesab edildiyi nöqtələrdə, beynəlxalq mütəxəssislər də bu alt komissiyalarda vəzifə ala bilərlər.

Tərəflərin bu Protokolun tətbiq olunması mövzusunda üzərində razılıq əldə etdikləri təqvim və ünsürlər bu Protokolun bir parçası olaraq qəbul edilən əlavədəki sənəddə iştirak etməkdədir.

Bu Protokol və Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında İkili Əlaqələrin İnkişaf etdirilməsi Haqqında Protokol təsdiq sənədlərinin dəyişməsindən sonra başlayacaq, ayın ilk günü kimi təyin olunacaq və ortaq bir tarixdən etibarən qüvvədə olacaq.

…’də … tarixində imzalanmış, ermənicə, türkcə və ingiliscə xüsusi surətləri çoxaldılmışdır.

Əgər tərcümədə bir anlaşılmazlıq yaşansa İngiliscə mətnəsas alınacaq.

ERMƏNİSTAN RESPUBLİKASI ADINA

TÜRKİYƏ CÜMHURİYYƏTİ ADINA

 

Sənəd əlavəsi: Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin inkişaf etdirilməsi haqqındakı Protokolun tətbiq olunma təqvimi və ünsürləri.

Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin inkişaf etdirilməsi haqqındakı Protokolun tətbiq olunma təqvimi və ünsürləri

Atılacaq addımlar Zamanlama

1. Sərhədlərin açılması

Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyəti arasındakı əlaqələrin inkişaf etdirilməsiylə əlaqədar Protokolun qüvvəyə girməsindən 2 ay içində

2. Hökumətlər arası komissiyanın və alt komissiyalarının iş formalarının hazırlanması məqsədiylə iki ölkə Xarici İşlər Nazirlərinin başçılığında bir iş qrupunun yaradılması

Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyəti arasındakı əlaqələrin inkişaf etdirilməsiylə əlaqədar Protokolun qüvvəyə girməsinin sabahısı günündən etibarən 2 ay içində

3. Nazirlər səviyyəsində hökumətlər arası komissiyanın və alt komissiyalarının iş formalarının təsdiqlənməsi

Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyəti arasındakı əlaqələrin inkişaf etdirilməsiylə əlaqədar Protokolun qüvvəyə girməsindən 3 ay içində

4. Hökumətlər arası komissiyanın ilk yığıncağının təşkil edilməsi

Nazirlər səviyyəsində hökumətlər arası komissiyanın və alt komissiyalarının iş formalarının təsdiqlənməsinin dərhal ardından

5. Aşağıdakı alt komissiyalarının fəaliyyətə keçməsi:

– siyasi müşavirə haqqında alt komissiya

– çatdırma, ünsiyyət və enerji infrastrukturları və şəbəkələri haqqında alt komissiya

– hüquqi məsələlər haqqında alt komissiya

– elm və təhsil haqqında alt komissiya

– ticarət, turizm və iqtisadi əməkdaşlıq haqqında alt komissiya

– ətraf-mühit məsələləri haqqında alt komissiya və

– erməni, türk, isveçrəli və ayrıca digər beynəlxalq mütəxəssislərin də iştirak edəcəyi, mövcud problemlərin təyin olunması üçün tarixi qeydlərin və arxivlərin tərəfsiz və elmi bir şəkildə araşdırılmasını da ehtiva edəcək iki cəmiyyət arasında qarşılıqlı olaraq güvənin yaranması məqsədiylə dialoqun təsisini qurmaq üçün tarix

haqqında alt komissiya hökumətlər arası komissiyanın ilk yığıncağından ən geç bir ay içində

İngilis dilindən tərcümə edən: 

Cavid Behruz