Atatürk
Atatürk

Ermənilərin ortaya çıxardığı sənəddə dahi sərkərdənin “erməni genosidi”nə nə dərəcədə dəqiq qiymət verdiyi görünür

 

Ermənistanda fəaliyyət göstərən “Novosti Armenii” xəbər agentliyi “1915 soyqırımı”nı qəbul etmədiyi və qətliam iddialarını “uydurma” olaraq dəyərləndirdiyi üçün Mustafa Kamal Atatürkü sərt ifadələrlə tənqid edən bir yazıya yer verib.
Agentlik Atatürkün 1920-ci ilin 7 martında amerikalı admiral Bristola göndərdiyi telegrafı yayımlayıb. Telegrafın mətni belədir:  “Öz mənfəətlərinin arxasınca düşənlər Anadoluda 20 min erməninin öldürüldüyü yalanını uydurdu. Hər kəs  türklərin, fransızların və onların cərgəsində savaşan ermənilərin itki verdiyini bilir. Amma bu bir qətliam değil, ermənilərin  basqınlarına yerli xalqın göstərdiyi dirənişin təbii nəticəsidir. Amerikan hakimiyyətinə erməni qətliamı propaqandasıyla bağlı gerçəyə dair dünya ictimaiyyətinə izahat vermək və türk xalqının adını alçaq və iyrənc suçlamalardan təmizləmək çağırışı edirik.”