MAT
MAT

Bu yazını yazmaq qərarına elə indi gəldim… Çox yaxın bir insanın bu haqda yazsını oxudum…  Yox o nə yazardır, nə şair, nə siyasətçi, nə də tənqidçi… İctimai bölmə ilə əlaqəsi yoxdur amma onun bir problemi var (bəlkə də daha çox). O ürəyindəki sözləri yazıya tökəndə bu problemin adını AZADLIQ qoymuşdu… Elə o da böyük hərflərlə yazmışdı bu sözü… Düzü əvvəllər mən də nəysə cızma-qara edəndə bu sözü böyük hərflərlə yazırdım ancaq sonra bilirsinizmi nə oldu? Daha sonra artıq daha böyük məqsədlər yarandı içimdə. Artıq bu sözü var gücümlə məhz Azadlıq meydanında qışqırmaq istəmək hissi yarandı… Amma daha sonra bu hiss özünü təkmilləşdirdi və artıq bütün millətlə birlikdə hayqırmaq istəyirəm – AAAA-ZAAAAD-LIIIQ!!!  Bəlkədə bu sözü hamının qulağına bir-bir fısıldamaq da olar onları oyatmaq üçün amma heç də təsir edəcəyinə inanmıram. Ən yaxşısı mənim fikrimdə olanları ətrafıma toplamaq və daha yaradıcı idealar həyata keçirməkdir. Bu halda daha çox təsir etmək olar kütləyə. Çoxları (əksər hallarda “debil” gənclər və ya bugünkü gənciliyi anlamayan qocalar) bu sualı verir mənə: “Guya azad olub neyniyəcəksən ee??”. İcazənizlə cavab verim; azad olub hüquqlarımı qoruyacam, azad olsam məni döyəndən sonra həbs etməyəcklər zərər çəkən qismində, azad olsam öz ölkəmdə yaşayıb başqa ölkəyə qibtə etməyəcəm, çünki artıq mənim də ölkəmdə ən “creative” idealara sahib olan gənclər öz aktivliyini nümayiş etdirəcək və bütün dünyanı şoka salacaq (BUNA SƏMİMİ QƏLBDƏN İNANIRAM)… Azad olub ölkədə qanunsuzluqlara qarşı mübarizə aparmaq üçün iqtidara dəstək olacam, azad olsam müxalifətin axmaq liderlerdən (söhbət bütün müxalifətçi liderlərdən getmir) canını qurtarmaq üçün əlimdən gələni edəcəm. Azad olsam bütün rüşvətxor məmurlara göz yuman iqtidara qarşı daha sərt mesajlar verəcəm, azad olsam bu yazı mənim gələcəkdə hansısa dövlət işində şərəflə işləməyimə mane olmayacaq. Azad olsam gedib 3il əvvəl sevdiyim qızın sifətinə tüpürəcəm. Azad olsam küçədə özünü apara bilməyən polislərə (söhbət yolda gördüyü qızlara sataşan polislərdən gedir) yaxınlaşıb irad bildirəcəm və onlar məni haqsız yerə bölməyə aparmayacaqlar. Azad olsam daha çox şeylər edə biləcəm. Amma səmimi bir etiraf edim ki mən azad olmağımı yox azad olmağımızı istəyirəm! Çünki yuxarıda sadaladıqlarımı etmək imkanında olan “papasının gül balaları” var. Amma düzü hərdən bu sözdən də bezirəm ee. Çünki, qanan-qanmayan hamı elə AZADLIQ istədiyini yazır: “Hmm, Azadlıq böyük məvhumdu amma bunu süniləşdiriblər deyəsən ölkəmizdə. Artıq yazılarmızda gülmək işarəsi (J) tapmaq da çətinləşir. Bizim ölkəmizdə gördüyüm qədəri ilə və çox təəssüf ki, AZADLIQ ancaq elə sözdə qalıb. Hər gün Azadlıq qəzetini oxumaqla, Azadlıq radiosunun saytını ziyarət etməklə (bir o qalıb ki, “azadlıq” adlı tualet kağızları çıxsın) azad oluruqsa tüpürüm belə azaldığa! Torpağı 200 min km²-dən 86.6 min km²-ə gəlib çatan ölkənin gənclik kütləsinin böyük əksəriyyətinin nə ilə məşğul olduğunu hamımız göürürk. Onların böyük əksəriyyəti üçün onların narkotikalarına, cinsi yetərsizliklərinə, fahişəliklərinə, biqeyrətliliklərinə qarışmamağımızdır! Torpaqları işğaldan azad etməyin əsas yolu fikrimcə fərdi azadlığın təmin olunmasından keçir. Əks təqdirdə erməni lobbisinin alternativi olaraq Azərbaycan türklərinin lobbisi yarana bilməyəcək. Amma əsas odur ki, məsuliyyətli azadlığın nə olduğu necə olduğu ölkəmizin vətəndaşlarına təməlindən öyrədilsin. Amma bunu kim öyrətməldir?

PS: Heç olmasa bu sualın cavabındakı məsul şəxsi seçməkdə dürüst olaq!  Bir-birimizin üstünə atmayaq bunu da. Əvvəlcə ailələrdən başlayaq. Olar?

İmza: MAT