Səhər TV
Səhər TV

Hilal Məmmədov adlı separatçı və xəyanətkar məxluq Azərbaycan əleyhinə təxribatların icraçısına çevrilib

İranda 12 iyun seçkilərindən sonra hökumət zor tətbiq edərək etirazları yatırtsa da bu müvəqqəti haldır. Keçmiş prezidentliyə namizədlər Mirhüseyn Musəvi (“Yaşıl hərəkat”) və Mehdi Kərrubi yeni təşkilatlar yaratmaq istəyirlər. “İslahatçı” sayılan müxalifətçi siyasətçilər, eləcə də bir sıra ayətullahlar hökuməti günahlandırırlar, hətta ali dini rəhbər Əli Xamneyinin əleyhinə çıxırlar. Əhmədinejad hökuməti seçki saxtakarlığında, etiraz aksiyaları zamanı həbs olunan müxalifətçilərə qarşı işgənələr tətbiq etməkdə, şou xarakterli antimüxalifət məhkəmələrinin keçirilməsində və s. günahlandırılır.

Bir sıra beynəlxalq və yerli ekspertlər vurğulayırlar ki, ali dini rəhbər Əli Xamneyi və keçmiş prezident Haşimi Əli Rəfsəncaninin ali dini rəhbər vəzifəsi uğrunda mübarizəsi fonunda şiddətlənən siyasi ziddiyyətlərin getdikcə artacağı şübhəsizdir. İki həftə əvvəl İranın 600-dən çox ziyalısının ölkədəki vəziyyətin təhlükəli olması, siyasi məhbuslara işgəncələr verilməsi, insan hüquqlarının kobud surətdə pozulması və s. haqda BMT baş katibi Pan Gi Muna məktubu, Xübreqan üzvləri olan ayətullahların ali dini liderlə bağlı müraciətlərə qoşulması proseslərin heç də rəsmi Tehranın arzusuna uyğun davam etmədiyini göstərir. Məhz buna görə də Tehran ənənəvi “xarici düşmən” axtarmaq, eyni zamanda qonşu ölkələri müxtəlif məsələlərdə günahlandırmaq siyasi xətti yeridir. Bu günlərdə Əhmədinejadın Aralıq dənizində ABŞ və İsraillə birlikdə hərbi təlimlər keçirən Türkiyəni üstüörtülü də olsa ittham etməsi bunun bir sübutudur. Amma ABŞ-ın yeni prezidenti Barak Obamanın Corc Buşdan fərqli olaraq İrana münasibətdə yumşaq mövqe tutması rəsmi Tehranın Birləşmiş Ştatlar əleyhinə çıxışlarının sirkəsini, tündlüyünü artırmağa, bunu özünün daxili siyasəti üçün vasitəyə çevirməyə bir o qədər imkan vermir.
Bütün hallarda, 12 iyundan sonra baş verənlər göstərir ki, 30 ildir xalqı aldadan fars-molla rejimi əvvəlki fırıldaqlarına əl ata bilməyəcək və ya bu cəhdlərin effekti xeyli az olacaq. Amma beynəlxalq birliyin İranda demokratiya, insan hüquqları, müxalifətçiləri həbsdən azad etmək kimi tələbləri rəsmi Tehranın əks addımlar atmağa sövq edir.
İran dövlət radiosunun məlumatına görə, parlamentdə ABŞ həbsxanalarında insan hüquqlarının pozulmasının araşdırılması üçün büdcədən 20 milyon dollar ayrılması məsələsi müzakirəyə çıxarılıb. Xəbərdə deyilir ki, parlament bu məsələdə konkret qərar versə, İranda müxtəlif nazirliklərin təmsilçilərindən ibarət bir komitə ABŞ həbsxanalarında insan hüquqlarının pozulması, işgəncələrin tətbiq edilməsi, ABŞ hökumətinin terrorçu olduğundan şübhəli bilinən şəxsləri tutub Avropadakı gizli həbsxanalarda saxlaması kimi məsələlər araşdırılacaq. Parlamentdə müzakirə olunan bu planın ABŞ rəhbərliyinin İrandakı prezident seçkilərindən sonra keçirilən etiraz nümayişlərində tutulan müxalifətçilərə qarşı işgəncə faktlarını tənqid etməsinə bir etiraz olduğu vurğulanır.
…Son günlər İranın Azərbaycana diplomatik hücumlarının, müxtəlif ideoloji təxribat cəhdlərinin niyə şiddətləndiyi haqqında da geniş düşünməyə ehtiyac yoxdur. İsrail prezidenti Şimon Peresin ölkəmizə səfəri, “Nabucco” kəmərinin reallaşması yolunda mühüm addım atılması-iyul ayının 13-də Ankarada çoxtərəfli sazişin imzalanması, ənənənəvi olaraq ABŞ-Azərbaycan əlaqələri və s. məsələlər rəsmi Tehranın ürəyincə deyil. Bu yaxınlarda Rusiyanın və İranın Xəzərdə birgə hərbi təlimləər keçirməsi, faktiki olaraq sahilyanı ölkələri hədələmək fikrinə düşmələri onların narahatçılığının, təlaşının dərəcəsini göstərir. Başqa faktları da sadalayaraq fikrimizi davam etdirə bilərik. Sözümüzün canı odur ki, fars-molla rejimi Azərbaycan əleyhinə əməllərindən əl çəkməyib, əksinə yeni təxribatlar planlaşdırır.
Məsələn, Nardaranda ABŞ-ın keçmiş səfiri Stenli Eskuderenin torpaq sahəsilə bağlı məsələ yenidən gündəmə gətirilir. Burada uzun illər Nardarandakı bir qrupa “islam inqilabı ixrac edən” İranın əlinin olması şübhəsizdir. Üstəlik, 2007-ci ildə həbs olunmuş Novruzəli Məmmədovun həbsxanada dünyasını dəyişməsi rəsmi Tehranın əlində ölkəmiz əleyhinə bir vasitəyə çevrilir.
Çox təəssüf ki, Novruzəli Məmmədovun ölümünü gündəmdə saxlamağa çalışan, bu hadisəyə “insan hüquqlarının tapdanması”, “fikir-söz azadlığının pozulması” və s. kimi don geyindirmək istəyən, hətta separatçı, xəyanətkar Ələkrəm Hümbətovu tapıb ortaya çıxaran mətbuat orqanları, hüquq müdafiəçiləri də da bilərəkdən və ya bilməyərəkdən fars-molla rejiminə xidmət göstərirlər. Yəqin ki, gələcəkdə kimin bilərəkdən, kimin bilməyərəkdən fars-molla rejiminin sifariş verdiyi musiqiyə “oynadığı” da üzə çıxacaq.
Qeyd edək ki, İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda günahlandırılan Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilib. 68 yaşlı Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib, o, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edib. 2008-ci ildə Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələrilə ittiham olunan Novruzəli Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib ki, Novruzəli Məmmədov müalicə müəssisəsində xəstəliyinə uyğun tam müalicə alıb, məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, baş redaktor baş beyin damarlarının kəskin trambozundan ölüb. Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Müayinələr zamanı Novruzəli Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağ tərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələ, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıç katarakta, şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzinin adenoması xəstəlikləri müəyyənləşdirib.
Tibbi arayışdan da görünür ki, 68 yaşlı Novruzəli Məmmədovun dünyasını dəyişməsi təbii ölümdür. Amma “Tolişi Sədo” qəzetinin (bu qəzet 10 ildən çoxdur ki, nəşr olunmur) baş redaktorunun həbsxanada ölümündən sonra müəyyən şəxslər Azərbaycanda guya milli azlıqların sıxışdırılmasıyla bağlı yalan məlumatlar yayır. Etibarlı mənbə “Trend News” bildirib ki, “Separatçıların lideri Hilal Məmmədovun yaratdığı “müdafiə komitəsi” adından Novruzəli Məmmədovun müdafiəsi istiqamətində müxtəlif beynəlxalq təşkilatlara Azərbaycanda talışların təzyiqlərə məruz qalmaları haqda yanlış məlumatlar sızdırılır. Eyni zamanda, İran xüsusi xidmət orqanlarının istiqamətləndirdiyi “İran Talış Mədəniyyət Mərkəzi”nin İranın “Səhər-2″ telekanalı vasitəsilə Azərbaycana yönəlmiş neqativ xarakterli məlumatları talış dilində efirə gedir”.
Bu kampaniyanın təşəbbüskarları bir-biriylə rəqabət aparan iki qrupa bölünüblər. Birinci qrupun Azərbaycandakı “lideri” Hilal Əlif oğlu Məmmədovdur. O, faktiki olaraq Azərbaycanda və xaricdə yaşayan talış millətçilərilə sıx əlaqələr saxlamaqla yanaşı, onların fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Digər qrupa isə MDB ölkələrində yaşayan məlum talış separatçıları daxildirlər. Bu qrupun konkret rəhbəri olmasa da, onların üzvləri əsasən Moskva şəhərində fəaliyyət göstərən “Talış diasporu” İctimai Təşkilatının sədri İsmayıl Şabanov və Belarusda yaşayan Kahin Əbilov istiqamətləndirilir. Hilal Məmmədovla Kahin Əbilov arasında son zamanlar münasibətlərin “soyuqlaşmasına” baxmayaraq, (Kahin Əbilov Hilal Məmmədova maliyyə dəstəyi göstərmədiyindən, onların arasında müəyyən narazılıqlar yaranıb) hər iki qrupun nümayəndələri mövcud vəziyyətdə guya qanun çərçivəsində fəaliyyət göstərməyə çalışırlar. Onlar mətbu orqanları, talış dilində müxtəlif bədii kitablar və dərsliklər nəşr etdirir, mədəniyyət xəttiylə müxtəlif tədbir və toplantılar keçirməyə səy göstərirlər.
“Trend” bildirir ki, hazırki mərhələdə separatçıları dəstəkləyən kontingentin sayı çox deyil, amma nəşr etdikləri qəzet və kitablar vasitəsilə onlar Azərbaycanın talış mənşəli əhalisinə təsir göstərərək tərəfdarlarının sayını artırmağa, xaricdəki havadarlarından maliyyə almaq üçün onlara öz “fəallıqlarını” nümayiş etdirməyə çalışırlar. Həmin qüvvələr müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməyə cəhd göstərərək, onlara talış tarixi, mədəniyyəti, folkloru, eyni zamanda milli azlıq kimi Azərbaycan hakimiyyətinin onların hüquqlarının pozulması və sıxışdırılmaları haqda uydurma məlumatlar verirlər.
…Azərbaycan dinlərarası, mədəniyyətlərarası tolerantlıq, dözümlülük ocağı olaraq bütün dünyada tanınır. Respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi dövlət siyasətilə təmin olunur. Azərbaycan tolerant ölkədir və ölkədə yaşayan azsaylı xalqlar arasında heç-bir ayrı seçkilik yoxdur. Talışlar da əsrlədir bir yerdə yaşadığımız, eyni süfrəyi paylaşdığımız, geniş qohumluq əlaqələrimizin olduğu bu azsaylı xalqlardan biridir.
Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, milliyyətindən, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə olan problemlərdən, eyni zamanda vətənimizin uğurlarından, sevincli günündən hamının payına nəsə düşür. Ona görə də hansısa azsaylı xalqın məqsədyönlü şəkildə təzyiqlərə məruz qalması, hüquqlarının pozulması və s. haqda iddialarda bulunmaq ən azı insafsızlıq, nanəciblikdir.
İki yüz ildir ki, çarizm, bolşeviklər, sonra sovetlər, indi də Rusiya Federasiyası Qafqazda, o cümlədən Azərbaycanda millətlər, xalqlar arasında ziddiyyət, şübhə toxumu səpməyə, qan-qada yaratmağa çalışıb. Amma ötən illərin təcrübəsi göstərib ki, ermənilərdən savayı, heç bir xalq Azərbaycana, azərbaycanlılara, Azərbaycan vətəndaşlarına düşmən kəsilməyib. Çünki ermənilərin kökü-mənşəyi Azərbaycanla bağlı deyil. Tarixin müxtəlif dönəmlərində (Rusiya və İran arasında “Gülüstan”, “Türkmənçay”, Osmanlı ilə Rusiya arasında imzalanan 1829-cu il müqaviləsi və s.) məqsədyönlü şəkildə Qafqaza, Azərbaycana köçürülərək “xristian dövləti” yaratmaq siyasətinə xidmət edən gəlmə ermənilər özlərinin hiyləgərliyi, fürsət düşən kimi arxadan zərbə endirməyi, qaniçənliyilə bölgəmizin baş bəlasına çevriliblər. Amma “müsəlman” fars hakimiyyətinin qardaşı olan ermənilər bir millət, dövlət olaraq öz qonşularıyla dil tapmaq bacarığına malik deyillər. Bu “adət” onların bölgənin yerli xalqı olmaması və əsassız iddialarıyla bağlıdır.
Rusiya, eləcə də İran Azərbaycanın daxilində də müxtəlif millətlərə məxsus satqınları, təxribatçıları tapıb. Rəhim Qazıyev, Surət Hüseynov, Ələkrəm Hümbətov və s. və ilaxır. Adını sadaladığımız, sadalamadığımz şəxsləri-“düşmənin dəyirmanına su tökənləri” xalqımız yaxşı tanıyır və tanıyacaq. Məsələn, bir neçə il əvvəl Ələkrəm Hümbətovun xaricdəki erməni diasporuyla yaxın əlaqəsi olduğunu, erməni soyqırımıyla bağlı abidəyə əklil qoyduğu yaxşı məlumdur. Onun 1993-cü ilin iyununda separatizmə qurşanaraq nəzarətində olan korpusu geri çəkməsi, Füzuli və Cəbrayıl rayonlarımızın itirilməsiylə nəticələndi. Surət Hüseynov-Rəhim Qazıyev-Ələkrəm Hümbətov “üçlüyünün” başlarından yekə iddiaları da və onların yerlərində oturdulması da hamının yadındadır.
…Xatırlatdığımız tarix və haqqında danışdığım son proseslər İranın, Rusiyanın və başqa ölkələrin Azərbaycan əleyhinə yeni təxribatlar hazırladığını istisna etmir. Ölkəmizə qarşı bəd əməllərdən əl çəkməyən imperiyapərət ölkələr, siyas-iqttisadi qruplar satqınları, nanəcibləri, xəyanətkarları yenə ortaya salıblar. Satqın, nanəcib və xəyanətkarlardan nəinki öz etnosuna, xalqına, heç öz ailəsinə, övladlarına da xeyir gəlməz.

Elman / xalqcebhesi.az