Azad Rəhimov
Azad Rəhimov

Azad Rəhimovun iddiasına görə, MTN “Eurovison”da ermənilərə səs verənlərlə bağlı araşdırma aparmır.

 

“Azərbaycanda “Eurovison” layihəsinə dövlət tərəfindən rəsmi olaraq dəstək verən bir nazirliyinin rəhbəri olaraq yaranmış vəziyyəti araşdırmaq və məsələ ilə bağlı müvafiq fikir bildirmək əzmindəyəm”.Bu eksklüziv açıqlamanı APA-ya  gənclər və idman naziri Azad Rəhimov verib: “Məsələni araşdırarkən müəyyən olunub ki, sözügedən müsabiqə zamanı Azərbaycandan Ermənistan iştirakçısına səs vermiş şəxslərin sayı və siyahısı nə müsabiqə zamanı, nə də müsabiqədən sonra Azərbaycan tərəfində mövcud olmayıb. Belə olduğu halda, məsələdə adı hallanan Rövşən Nəsirovun belə bir siyahını görməsi ciddi şübhə doğurur. Digər şübhə doğuran məqam ondan ibarətdir ki, nəyə görə səs verənlərdən məhz və yalnız Rövşən Nəsirov MTN-ə çağırılıb. Deməli, adıçəkilən ”43 nəfərin siyahısı” bəzi səriştəsiz jurnalistlərin təxəyyülündən başqa bir şey deyildir”.
Azadlıq RadiosuAzad Rəhimov bəzi kütləvi informasiya vasitələrinin bu mövzunu qəsdən siyasiləşdirməyə çalışdığını bildirib: “Bizi məyus edən məqam odur ki, “Azadlıq” radiosunun Azərbaycan xidməti kimi bir sıra kütləvi informasiya vasitələri birtərəfli informasiya siyasəti yürüdərək mövzunu siyasiləşdirməyə çalışırlar. Son vaxtlar Azərbaycana münasibətdə, xüsusilə ərazi bütövlüyü məsələsində dəfələrlə “ikili standartlar” mövqeyindən yanaşan “Azadlıq” radiosunun belə addımı ikrah hissi doğurur. Mən kütləvi informasiya vasitələrini məsələni siyasiləşdirməməyə, mövzunu daha dərindən araşdırmağa, maraqlı olan bütün tərəflərin fikrini işıqlandırmağa və ədalətli mövqe ortaya qoymağa çağırıram”. // musavat.com