«Eurovision-2009» mahnı yarışmasında ermənilərə səs göndərən 43 azərbaycanlının MTN-ə çağırılması məsələsinin necə ictimailəşməsi barədə maraqlanarkən məlum oldu ki, bunu mediaya çıxaranlar onlar özləridir: erməni müğənnilərin mahnısını “daha uğurlu” hesab edənlər.
MTN yalnız srağagün çəkingən bir biçimdə etiraf edir ki, belə bir hadisə doğrudan da olub, o adamlarla maraqlanıblar, çağırıb söhbət ediblər, amma heç bir təzyiq göstərməyiblər.
Hazırda Anuş və İnqanın pərəstişkarı olan vətəndaşlarımız (soydaşlarımız demək olarmı, olmazmı – dəqiq bilmək olmur) özlərini böyük bir iş görmüş dissident kimi aparırlar. Sanki Orxan Pamuk olub, yeni bir əsər yazıblar.
Özlərinə və qələmlərinə hörmət etdiyim bəzi həmkarlarım isə onları müdafiə edirlər, «lap yaxşı eləyiblər» mənası verən yazılar yazırlar.
Bu sətirlərin müəllifi bu mövzuya ona görə ikinci dəfə qayıdır ki, həmin 43 nəfərin yanlış addım atdığına adı kimi əmindir.
Onlar yaxşı eləməyiblər. Onlar böyük bir səhv eləyiblər. Bir gənc millət oğlu üçün bundan böyük səhv yoxdur.
Erməni müğənnilərə üstünlük qazandırmaq istəyən vətəndaşlarımızın arasında tez-tez Qarabağa dair siyasi şərhlər verən bir şəxsin də övladı var və o, hesab edir ki, onun gənc oğlu sadəcə seçimini öz zövqünə uyğun edib.
Ayıb, çox ayıb. Zövq öz yerində, yəni biz övladlarımıza adi həqiqətləri başa sala bilməmişiksə, «yaxşı nədir, pis nədir» sualına aydın cavablar ortaya qoymamışıqsa, daha hansı haqla millətin qarşısına çıxıb özümüzə ziyalı, siyasi fəal, ictimai xadim deyirik?
Sonra da «Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq»dan danışırıq. Burdan-bura öz övladlarımız işğal olunmuş Qarabağın təəssübünü, əsirlikdə başları erməni məzarları üstündə kəsilmiş, zorlanmış soydaşlarımızın qeyrətini çəkmirlərsə, o zövqə də tüpürsünlər, elə qeyrətə də.
Bir şeyi heç vaxt unutmaq olmaz. Ermənilər bizim irz-namus düşmənlərimizdir. İşğal olunmuş torpaqlar da azad oluna bilər, yandırılmış kəndləri, evləri də yenidən bərpa etmək mümkündür, amma ləkələnmiş namus məsələsi heç vaxt unudulmamalıdır – buna görə ermənilər qarşımızda tarixi cavabdehdirlər.
Bəzən bu hakimiyyətə səmimi nifrət hissləri bəsləyən dostlar, həmkarlar hissə qapılırlar, mövcud iqtidarın əleyhinə olan hər kəsin müdafiəçisinə çevrilirlər. Hətta son zamanlar tez-tez səslənən bir söz var: «Erməni bunlardan yaxşıdır».
Elə deyil. Bu ölkənin ən yaramaz korrupsioneri, saxtakarı, qəddarı belə ermənilərlə müqayisə oluna bilməz. Əsirlikdən qayıdan adamları danışdırın, qoyun onlar desin, kim yaxşıdır, kim pisdir.
Bunlar təsadüfi hallar deyil, bu, bir təmayüldür və bunu bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatlar dəstəkləyirlər. Qarabağın Azərbaycandan qoparılması, mövcud status-kvonun olduğu kimi qorunub saxlanması məsələsi Azərbaycan və Ermənistan toplumları arasında mülayimləşmədən, yaxınlaşmadan keçir. Bütün «xalq diplomatları»nın missiyası budur ki, biz bu halımızla ermənilərlə barışaq.
Biz ermənilərlə Qarabağ tam olaraq Azərbaycanın yurisdiksiyasına qaytarıldıqdan sonra da belə asanlıqla, heç nə olmamış kimi barışa bilmərik. Arada çox qan axıb.
Ona görə də nə qədər ki, gec deyil, bəzi ziyalılarımız və gənclərimiz «Orxan Pamuk presedenti»nin cazibəsindən qurtulmalıdırlar. Bu, əsl dissidentlik deyil, psevdodissidenlikdir. Bu, hətta faydalı kosmopolitlik də deyil, ziyanli, xain kosmopolitlikdir.
Anuşla İnqa «Eurovision»da oxuduqları mahnını gələn il mayın 8-də Şuşada, Şuşanın işğalı günündə də oxuyacaqlar. Necə ki, ötən il Ermənistanı təmsil edən Siruşo tez-tez Qarabağda olur, erməni separatçılarına, hərbi canilərə pulsuz konsertlər verir.
Belə fikirlər də var ki, «Eurovision» səsverməsinə müvafiq münasibətə görə bizi yarışmadan kənarlaşdıra bilərlər. Dünəndən etsinlər. İtaliya 20 ildir «Eurovision»da iştirak etmir, musiqisi geri gedir, ya dünyada biabır-dəsgah olur?
Ağıllı və praqmatik olmaq gərəkdir – dosta dost, düşmənə düşmən.