MDB
MDB

Bu gün Gürcüstan və Rusiya münasibətlərində, postsovet məkanında tamamilə yeni mərhələ başlayır. Bundan sonra Gürcüstan onlar üçün uzaq xaric adlandırıla bilər. Belə ki, «Qruziya-Online» agentliyinin məlumatına görə, bu gün avtomatik olaraq Gürcüstan Müstəqil Dövlətlər Birliyindən çıxır. Bu, düz bir il bundan əvvəl verilmiş müraciət əsasında baş verəcək.Xatırladaq ki, 1993-cü ilin dekabr ayında Gürcüstanın o vaxtkı prezidenti Eduard Şverdnadze bildirib ki, Tiflis iki əvvəl yaradılan birliyə daxil olur. 1994-cü ilin martında isə Gürcüstan parlamenti bu qərarı qəbul edib. Agentliyin məlumatına görə, Gürcüstan Şevardnadze hakimiyyətinin qalması üçün birliyə daxil olmağa məcbur idi. İyul ayında isə Abxaziyaya MDB adı altında rus sülhməramlıları daxil oldu. Bu missiya 2008-ci ildə Rusiyanın Abxaziyanın bütün ərazisini işğal etməsindən sonra bitdi. Bu illər ərzidə MDB ölkələrindən heç biri Tiflisin səylərinə baxmayaraq, Abxaziyaya öz kontingentini göndərmədi. Buna ən yaxın isə Ukrayna idi, amma Kiyev MDB-nin mandatının BMT-yə dəyişdirilməsini tələb etdi. Cənubi Osetiyaya gəldikdə isə 2008-ci ilin avqust ayına qədər orada 500 rus sülhməramlısı var idi. / musavat.com