İstintaq
İstintaq

Brazilyada hələ 17 yaşında olan bir gənc qız, 30 kişini bıçaqlayaraq öldürdüyü səbəbiylə həbs olundu.

 

15 yaşında öldürməyə başlayan qatil, işlədiyi bütün cinayətləri etiraf etdi. Braziliya polisi gənc qızın sorğusu əsnasında alınan bir fotoşəkli mediaya verib. Ancaq qadının üzü göstərilməyib.

18 yaşına girmədən əvvəl işlədiyi cinayətləri etiraf etmək istədiyini ifadə edən gənc qız, öldürməyə 15 yaşında ikən yaşadığı şəhər olan Sao Pauloda başladığını söyləyib. Gənc qız öldürmə səbəbini isə belə açıqladı: Pul, intiqam və ədaləti təmin etmək.

 Polis ölüm siyahısını gənc qıza göstərdiyində, qatilin bəzən gülümsədiyini söylədi. Polis hadisəylə əlaqədar istintaqı davam etdirir. Əgər qızın söylədikləri doğru çıxarsa, bəlkə də dünyanın ən gənc ardıcıl cinayətlər həyata keçirdən qatili olacaq.

17 yaşındakı qız, cinayətləri həmişə eyni bıçaqla işlədiyini də etiraf etdi. Polis, gənc qızın çox məsum bir görünüşü olduğunu, bu səbəblə mafiyalar tərəfindən istifadə edilmiş ola biləcəyini ifadə edir.