Su-27
Su-27

Su-27 və onun yeni modifikasiyası havada baş-başa gəlib


Rusiyanın iki qırıcı təyyarəsi havada toqquşub. Rusiya KİV-nə istinadən məlumata görə, “Russkie viyazi” qrupuna məxsus Su-27 və onun ikiyerlik modifikasiyası olan qırıcı təyyarələr “MAKS-2009” aviasalonunda məşq uçuşu zamanı toqquşublar.
Hadisə saat 13:10-da (Bakı vaxtı ilə 14:10) baş verib. Pilotların durumu barədə heç bir məlumat yoxdur. İlkin ehtimallara görə, pilotlardan biri katapult etməyə imkan tapıb – katapult kreslosu işə düşəndən sonra havada paraşüt görünüb.
Qəza “Ramenskoe” aerodromu yaxınlığında baş verib. Qəza yerində tüstü dumanı müşahidə olunur. Hazırda hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları yollanıb.
Qəza Rusiyanın Hava Donanması günündə baş verib. Qeyd edək ki, bu bayram hər il avqustun 3-cü bazar günü keçirilir. / Lent.az