Əl Qaidə
Əl Qaidə

Onlar Belucistan əyalətindən Pişəvər istiqamətində gedən avtobusda aparılan yoxlama zamanı tutulublar 

Pakistanın cənub-qərbində Belucistan əyalətinin paytaxtı Keuttada Pişəvər əyalətinə gedən bir avtobusda aparılan yoxlama zamanı 30-a yaxın şəxs “Əl-Qaidə” terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıblar. NTV televiziyasına istinadən, saxlanılanlardan 11-nin Azərbaycan vətəndaşı olduğu bildirilir. Məlumata görə, aralarında 7 kişi, 5 qadın, 4 uşaq olan 16 nəfər isə Türkiyə vətəndaşıdır. /ANSPRESS/