www.southcaucasus.com
http://www.southcaucasus.com

Georgi Vanyan Ermənistanda Azərbaycan filmləri festivalı keçirməyə hazırlaşırdı

 

Ermənistanda Azərbaycan Filmlərui Festivalı keçirməyə hazırlaşan erməni rejissoru və ictimai fəal Georgi Vanyanın rəhbəri olduğu www.southcaucasus.com saytı azərbaycanlı haker tərəfindən dağıdılıb.
Festivalın elanı məhz bu saytda yerləşdirilmişdi. Sayt Cənubi Qafqaz xalqlarına, bölgədəki münaqişələrə və sülh təşəbbüslərinə həsr olunub.
Özünü “CAMOUFL4G3” ləqəbi ilə təqdim edən haker Ermənistanla virtual müharibə aparan və onların çoxsaylı saytlarını dağıdan məşhur “AzDeFaCeRs” adlı Azərbaycan Haker Qrupuna daxildir.
Hack olunmuş saytın ana səhifəsində hazırda Ramil Səfərovla bağlı məlumat və foto yerləşdirilib.
Xatırladaq ki, Georgi Vanyanın təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan festivalın oktyabr ayında baş tutacağı gözlənilir.
G.Vanyan həmçinin ötən il bir neçə həmkarıyla birlikdə Ermənistanda “Azərbaycan Mədəniyyəti Günləri” təşkil etmişdi. Onu da əlavə edək ki, bu kimi kampaniyalarına görə, Ermənistanda G.Vanyanı  “Azərbaycana satılmaqda” ittiham edirlər. // T.İsmayılov, QayNar