Yəhova Şahidləri
Yəhova Şahidləri

Onlardan 2-si qadındır

Avqustun 12-də Qax şəhərində, şəhər sakini Vüsal Bəkirov, Yevlax rayon sakini Yusif Səmədov, Bakı şəhər sakinləri Aybəniz Mahmudova, Eldar Əliyev, Zaqatala rayon sakini Rəqsanə Əliyeva və onun qardaşı Ceyhun “Yəhova Şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qax RPŞ əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin saytına istinadən məlumata görə, onlardan 60 ədəd “Yəhova Şahidləri” dini təriqətini təbliğ edən broşur və 7 ədəd dini kitab aşkarlanaraq götürülüb. Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edildikdən sonra buraxılıblar.  //  Lent.az