Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

Ramazan ayı avqustun 22-də başlayır


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvada Ramazan ayının başlanğıcının bu il Miladi təqvimi ilə avqustun 22-ə təsadüf etdiyi bildirilir.

Niyyət məqamı isə 21 avqust axşamı olacaq. Ayın görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə sentyabrın 20-si və ya 21-ə təsadüf edəcək.

QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin sözlərinə görə, orucluğa dair cədvəli Milli Elmlər Akademiyasının Şamaxı rəsədxanası hazırlayıb: “Hər bir müsəlman oruc tutarkən, bu cədvəlin tələblərinə əməl etməlidir”.

Elxan Salahov / Lent.az