Xəstəxana
Xəstəxana

Kosta-Rika prezidentinin səhhəti stabil olsa da, vəzifə səlahiyyətlərinin icrasına bir həftə sonra başlayacaq

Artıq donuz qripi yuxarı dairələrə də üz tutub. Kosta- Rika prezidenti Oskar Arias A (H1N1) virusuna yoluxub. Bu barədə rəsmi açıqlamanı Latın Amerika ölkəsinin nümayəndələri açıqlayıblar.

Mənbədən verilən məlumata əsasən, prezidentin səhhəti stabil olsa da, onun vəzifə səlahiyyətlərinin icrasına bir həftə sonra başlayacağı bildirilir. Qeyd edək ki, Kosta-Rika prezidenti barəsində əlavə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamaya əsasən, donuz qripindən dünyada 1054 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 162 min 380 nəfərə çatıb. /ANS PRESS/