Əliyev və Sarkisyan
Əliyev və Sarkisyan

“Tədbirlərin 90 faizi məxfidir və bundan yalnız prezident məlumatlı olmalıdır”

 

Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər paketi hazırlayıb.
Birliyin çərşənbə günü keçirdiyi mətbuat konfransında təkliflər paketi barədə məlumat verilib.
Birliyin sədr müavini Əbdül Səfabəyli bildirib ki, təşkilatın siyasi araşdırmalar mərkəzi tərəfindən hazırlanmış “Şahmat” adlı təkliflər paketində Dağlıq Qarabağ münaqişəsinin optimal həlli yolu müəyyən edilib.
Birlik münaqişənin həlli yollarını ictimaiyyətə açıqlamağı məsləhət bilmir və bu barədə yalnız prezidentin məlumatlı olmasını vacib sayır.
“Tərəfimizdən hazırlanmış paketdə münaqişənin həlli üçün həyata keçirilməli olan tədbirlərin 90 faizi məxfidir və bundan yalnız prezident məlumatlı olmalıdır”, – deyə Səfabəyli vurğulayıb.
O qeyd edib ki, Birliyin hazırladığı təkliflərlə münaqişənin həlli Ermənistan, İran, Rusiya, ABŞ, Türkiyə üçün də sərfəli olacaq. // Trend