Roman Abramoviç
Roman Abramoviç

İtalyanlar yenə rus milyarderin xətrinə dəydilər

 

İtaliyanlar yenə rusiyalı milyarder Roman Abramoviçin xətrinə dəyiblər. Dünyanın ən böyük yaxtası olan “Eclipse”in (“Qürub”) sahibi Eol adaları bölgəsinə özünün başqa məşhur yaxtası – “Pelorus” ilə gəlibmiş və bir barda 8 nəfərlik stol sifarişi edibmiş.
Lakin “Çelsi”nin sahibinə Panarea adasındakı məşhur “Bridge” suşi-barında yer tapılmayıb: sifariş rədd edilib. Xatırladaq ki, ötən il analoji insident Forte Dey Marmidəki restoranda baş vermişdi.
“Bridge” suşi-barının meneceri Ancela Maskolo bildirib ki, ağlagəlməz sərvətinə baxmayaraq onun üçün Abramoviçlə adi müştəri arasında fərq yoxdur. Ancela deyir ki, milyarder zəng edəndə bilməyibmiş ki, o. həmin Abramoviçdir. Bu zaman meneger ironiya ilə qeyd edib ki, bəlkə də Abaramoviç bahalı yaxtasını restoranın qabağında saxlasa idi, onun kimliyindən agah ola bilərdi.
İtalyan qəzetləri yazırlar ki, suşi-bar 90 nəfərədək müştəriyə xidmət edə bilir. Əgər menecer istəsəydi, Abramoviçə yer tapa bilərdi. Görünür, italyan menecerin tərsliyi tutubmuş. // Ekspress