Hakan Şükür
Hakan Şükür

Bolqarıstan mətbuatı “Bakı”nın “Kral”la müqavilə bağladığını iddia edir

 

“Bakı” Türkiyə futbolunun ən yaxşı bombardiri, “Kral” ləqəbli Hakan Şükürlə müqavilə bağlayıb. Bu sensassiyalı məlumatı Bolqarıstanın gol.bg saytı yayıb.
“Bakı” “Levski”yə məğlub olaraq, Çempionlar Liqasının üçüncü mərhələsində mübarizəni dayandırsa da, bu, “Bakı” rəhbərliyinin qərarına təsir etməyib. Azərbaycan çempionunun prezitdenti Hafiz Məmmədov komandasını Avropa Liqasının qrup mərhələsində görmək istəyir. Bunun üçün onlar pley-off matçında “Bazel” keçməlidir. “Bakı” hücumçu problemini həll etmək üçün Hakan Şükürlə müqavilə bağlamaq istəyir. Son olaraq “Qalatasaray”ın formasını geyinən 38 yaşlı forvardın qərarını Hafiz Məmmədovun pulu dəyişməyə məcbur edib”, deyə gol.bg yazır.