Safir
Safir

Qızcığaz kokain çəkməyə, porno-filmdə striptiz göstərməyə məcbur edilib


İngiltərədə bir qadın doğma qızını 30 min funt-sterlinqə satmaq istəyib.

 “News of the Week” internet saytı bu barədə məlumat yayıb. Bu xəbər yayılandan sonra həmin qadın tutulub.

Məlum olub ki, pornoqrafik filmlərdə oynayan Fleur Broun adlı qadın 13 yaşlı qızı Safir Fatleyninin bakirəliyini satıb. Qızın bakirəliyini porno-film istehsalçısı olan bir şirkətin sahibi alıb.

Qızcığaz polisə ifadəsində anasının onu kiçik yaşlarında döydüyünü, 12 yaşına çatanda qadının ona zorla kokain çəkdirdiyini bildirib. Bundan başqa, qadın qızından porno-filmdə striptiz göstərməsini tələbə edib. İndiyədək 200-dən artıq porno-filmdə oynayan qadının heroin istifadəçisi olduğu da üzə çıxıb.

Safir bildirib ki, əllərində kamera olan adamlar tez-tez onlara gəlirmişlər. Anası həmin kişiləri əyləndirirmiş.