Telman İsmayılov
Telman İsmayılov

Aygün Kazımova isə yayılan xəbərləri təkzib edir

Azərbaycanın tanınmış müğənnisi Aygün Kazımovanın Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelində pulsuz dincəlmək istəyi baş tutmayıb.

“Azadlıq” qəzetinə istinadən məlumata görə, Aygün Kazımova otelin inzibatçılarına “mən Azərbaycanın ulduz müğənnisiyəm, Telman müəllim də məni yaxşı tanıyır, dəfələrlə onun təşkil etdiyi tədbirlərdə çıxış etmişəm” deyərək təkid edib.
Həmçinin, inzibatçılara bildirib ki, “Mardan Palase” otelinə gəlişi və istəyi barədə Telman İsmayılova məlumat versinlər. İnzibatçılar da müğənninin mesajını iş adamına çatdırıblar. Amma Telman İsmayılovun cavabı Aygün Kazımova üçün gözlənilməz olub.
İş adamı inzibatçılar vasitəsilə müğənniyə çatdırıb ki, ya otelin pulunu versin, ya da gedib başqa bir yerdə yerləşsin. Aygün Kazımova bunu eşidəndə pərt halda oteli tərk edib.

Müğənni isə Vesti.az saytına açıqlamasında xəbəri təkzib edib.

“Başa düşmürəm, bu söz-söhbət kimə lazımdır? Mən Bakıdan çıxmamışam, mütəmadi olaraq, məşqlərə qatılıram, sentyabrın 5-də verəcəyim solo-konsertə hazırlaşıram. Məndən mövqe öyrənmədən haqqımda məlumat yamaq düzgün deyil”, – deyə Aygün Kazımova bildirib.

Sənətçi Telman İsmayılovun təşkil etdiyi tədbirlərdə çıxış etdiyini də xatırladıb.