Bakı Futbol Klubu
Bakı Futbol Klubu

Azərbaycan çempionu Avroliqada çıxış edəcək

Azərbaycan çempionu “Bakı” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Paytaxt təmsilçisi bu gecə Bolqarıstan çempionu “Leviski”yə məğlub olub.
Bolqarıstanın paytaxtı Sofiyada güclü yağışın müşayəti ilə keçən oyunda “Levski” 2:0 hesablı qələbə qazanıb. Hesabı 64-cü dəqiqədə Xristo Yovov açıb. 80-ci dəqiqədə isə Georgi Xristov fərqi iki topa çatdırıb. “Bakı”nın bütün cəhdləri nəticəsiz qaldığından pley-off mərhələsinə “Levski” vəsiqə qazanıb.
Məğlubiyyətə baxmayaraq “Bakı” Avropada çıxışını davam etdirir. Belə ki, Azərbaycan çempionu Avropa Liqasının IV təsnifat mərhələsinə vəsiqə qazanıb. Bakılılar bu mərhələni keçsə, Avroliqanın qrup mərhələsinə adlayacaq.
Qeyd edək ki, Avropa Liqasının IV təsnifat mərhələsinə vəsiqə uğrunda daha bir Azərbaycan klubu mübarizə aparır. Belə ki, “Qarabağ” bu gün səfərdə 1:0 hesabı ilə qalib gəldiyi Finlandiyanın “Honka” klubunu Bakıda qəbul edəcək. / Qaynar.info