Qəza
Qəza

Hadisə “Sədərək” ticarət mərkəzinin qarşısında qeydə alınıb

 

Bakı sakini marşrut avtobusundan yıxılaraq ölüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün Lökbatan-Heybət yolunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.  47 yaşlı Gülgəz Qara qızı Hüseynova 1956-cı il təvəllüdlü  Azad Qasım oğlu Yaqubovun idarə etdiyi “İsuzu” markalı, 10 TX 749 dövlət nömrə nişanlı 22 saylı xətt avtobusundan yıxılıb.
Xəsarət alan qadın Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. /ANS PRESS/