TQDK
TQDK

İxtisas seçimi tam yekunlaşıb və hazırda yerləşdirmə aparılır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlər üçün ixtisas seçimi ilə bağlı qoyduğu vaxt avqustun 4-də gecə saat 24.00-da başa çatsa da, sistemə giriş qapadılmayıb. Buna səbəb bəzi abituriyentlərin texniki səhvlərə yol verdiklərindən ixtisas seçimini təsdiq edə bilməməsidir. Bu səbəbdən də TQDK ixtisas seçimi ilə bağlı verdiyi müddəti dünən saat 15.00-dək uzatmalı olub.

Komissiyanın mətbuat katibi Elnur Nağızadə Lent.az-a bildirib ki, dünən elan olunmuş vaxtda ixtisas seçimi tam yekunlaşıb və hazırda yerləşdirmə aparılır. Onun sözlərinə görə, yerləşdirmə bu gün başa çatdırılacaq və günün ikinci yarısında ali məktəblərə qəbul olunanların siyahısı açıqlanacaq.

Elxan SALAHOV / www.lent.az