Berlusconi
Berlusconi

Kontrollu anti-stres tədavisi olunacaq

 

İtaliya Baş naziri Silvio Berlusconi, bu gündən etibarən diyetə və anti stress müalicəsinə başladı.

Qəzet xəbərlərində, tətili bu gün başlayan Berlusconinin Milandakı iqamətgahına üç həkimin dünən vertolyotla gələrək ona bəzi tövsiyələr verdiyi və pəhriz proqramı təyin etdiyi ifadə edildi.

Yay tətilindən əvvəl jurnalistlərə müsahibə Berlusconi, bir az tətil edəcəyini, boyundakı ağrı səbəbiylə istifadə etdiyi kortizona görə kökəldiyini və bir az arıqlamasının və idman etməsinin lazım olduğunu dedi.

Berlusconi, ölkəsində yaşanan zəlzələ, G-8 zirvəsi və şəxsi həyatındakı qalmaqallara görə çətin günlər yaşamışdı. Son skandal, bir neçə gün əvvəl bir eskort qız olan Patrizia D’Addario’nun Berlusconi ilə iki gecə birlikdə olduğu istiqamətindəki şərhiylə olmuşdu.