Rusiya və Gürcistan
Rusiya və Gürcistan

Rəsmi Moskva Sxinvalidə baş verən son hadisələri Gürcüstan tərəfinin təxribatı kimi qiymətləndirir

Rusiya hakimiyyəti Sxinvalidə Gürcüstan tərəfilə atışmaların bərpa olunmasından narahatçılığını ifadə edib. “Miqnews”a xəbərə görə, bununla əlaqədar Rusiyanın Müdafiə Nazirlyi Cənubi Osetiya sakinlərini müdafiə etmək üçün güc tətbiq etməyə hazır olduğunu bildirib.
“29 iyul-1 avqust tarixlərində Cənubi Osetiyanın paytaxtı atəşə məruz qalıb. Bununla yanaşı atəş Cənubi Osetiya Silahlı Qüvvələri bölmələrinin müşahidə məntəqələrinə açılıb ki, bu da hazırkı aksiyanın təxribat xarakterli olduğundan xəbər verir”, – deyə Müdafi Nazirliyinin məlumatında bildirilir.

“Biz bu hərəkətləri Gürcüstan rəhbərliyinin regionda vəziyəti gərginləşdirmək cəhdi kimi qiymətləndiririk və belə hərəkətlər bizdə ciddi narahatçılıq doğurur. Növbəti təxribatlar olacağı təqdirdə, Rusiya güc tətbiq etmək məcburiyyətində qalacaq”, -deyə məlumatda bildirilir. /ANS PRESS/