Körpü
Körpü

2 500 metrlik körpünün alt hissəsində 3 maşın və 2 piyada keçidi salınıb

MDB məkanında ən uzun körpü olan – Babək prospektindəki yol ötrücüsündə son tamamlama işləri aparılır. Körpünün yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
2006-cı ildə Prezident İlham Əliyevin sərancamına uyğun olaraq Bakı şəhərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması üçün 10 yol ötrücü qovşağın tikintisinə başlanılıb. Onlardan biri də Babək prospektindəki körpüdür.
Lider TV-yə istinadən xəbərə görə, artıq yol ötürücüsündə son tamamlama işləri görülür. Körpünün üzərində və ətrafında yaşıllıq zolağı salınır.
Qeyd edək ki, yol ötürücü körpünün ümumi uzunluğu 2500 metrdir. Körpünün alt hissəsində 3 maşın və 2 piyada keçidi salınıb. 6 dayaqlı 5 aşırımlı yol ötürücüsünün üzərində quraşdırılan məhəccərlər və işıq dirəkləri şərq üslübunda milli ornametlərlə işlənilib. Mütəxəssislər deyir ki, yol ötürücü körpü istifadəyə veriləndən sonra ərazidə tıxaclar birdəfəlik aradan qalxmış olacaq. // T.İsmayılov, QayNar
Advertisements