McDonalds
McDonalds

«McDonalds» Korporasiyası yaxın illərdə Ermənistanda şəbəkəsini qurmağı planlaşdırmır. Bunu «McDonalds Azerbaijan» şirkətinin icraçı direktoru Maqsud Mirzəyev bildirib: «Hazırda Korporasiyanın Ermənistanda şəbəkəsi yoxdur və yaxın bir neçə ildə bu ölkədə şəbəkənin yaradılması planlaşdırılmır».
M.Mirzəyevin sözlərinə görə, Ermənistanda şəbəkənin açılmamasının əsas səbəbi həmin ölkədə siyasi, sosial və iqtisadi sabitliyin olmaması ilə bağlıdır: «Bu isə Ermənistanın biznes cəhətdən iqtisadi potensialının olmadığını göstərir. Bu baxımdan da korporasiya yaxın bir neçə il ərzində həmin ölkədə şəbəkəsini yaratmağı nəzərdə tutmur».
«Azərbaycan da isə Ermənistandan fərqli olaraq vəziyyət tam əksinədir. Burada siyasi-iqtisadi sabitlik mövcuddur və biznes fəaliyyəti üçün münasib şərait yaradılıb», – deyə M.Mirzəyev vurğulayıb.

Qeyd edək ki, «McDonalds» Korporasiyası 1954-cü ildə yaradılıb və hazırda korporasiya 120 ölkədə geniş fast-food şəbəkəsinə malikdir. «McDonalds Azerbaijan» şirkəti isə 1999-cu ildən fəaliyyət göstərir.