Mərkəzi Bank
Mərkəzi Bank
Həmin qurumlar bundan sonra “Prezident Administrasiyası” və “Mərkəzi Bank” olacaq

 Azərbaycan Nazirlər Kabineti “Prezidentin İcra Aparatı” sözlərinin “Prezident Administrasiyası”, “Milli Bank”ın “Mərkəzi Bank” sözləri ilə əvəz edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə Prezidentin 2009-cu il 2 aprel tarixli 215 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir. /ANS PRESS/