Əzizbəyov Metro Stansiyası
Əzizbəyov Metro Stansiyası

Naməlum şəxs “112” xidmətinə zəng edərək stansiyay partlayıcı qurğu qoyulması barədə xəbər verib

 Növbəti bomba həyacanı metronun “Əzizbəyov” stansiyasında yaşanıb. Əzizbəyov rayon Prokurorluğundan verilən məılumata görə, naməlum şəxs Fövqəladə Hallar Nazirlyinin “112” xidmətinə zəng edərək Əzizbəyov stansiyasına partlayıcı qurğu qoyulması barədə xəbər verib. Keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumatlın yalan oluduğu müyyən edilib.
Anomim zəngin Nəsimi rayonu ərazisində yerləşən taksofondan edildiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu kimi məlumat verən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 216-cı (terorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə məsuliyyət daşıyır. Həmin şəxsləri beş ildən səkkiz il müddətədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Anar Məmmədov /ANS PRESS/