AZTV
AZTV

Bu gün PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında XVIII Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən XVIII Azərbaycan Premyer Liqası və Kuboku oyunlarının eksklüziv çəkiliş və yayım hüququ AzTV QSC-yə verilmişdir. Digər televiziya kanallarının Premyer Liqa və Kubok oyunlarından çəkiliş aparmasına icazə verilməyəcək. Qeyri qanuni çəkiliş aparmağa cəhd edən televiziya kanallarının qarşısı ciddi şəkildə alınacaq. Piratçılıqla məşqul olmağa çalışan televiziya kanalları AzTV QSC tərəfindən məhkəməyə veriləcək. Premyer Liqa və Kubok oyunlarını yayımlamaq və ya oyunlardan görüntülər əldə etmək istəyən hər hansı bir televiziya kanalı bununla bağlı AzTV QSC-yə müraciət etməlidir.