Əhməd Davudoğlu
Əhməd Davudoğlu

Əhməd Davudoğlu: “Eyni qərarlılıq Ermənistan tərəfindən göstərilmədir”


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı sualları cavablandırıb.

“Vatan”a istinadən məlumatına görə, nazir “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini qərarlılıqla davam etdiririk”, deyib.

Davudoğlu Ermənistanın da müvafiq addım atmasının vacibliyini vurğulayıb: “Eyni şəkildə Azərbaycan-Ermənistan münaqişəsi məsələsində eyni qərarlılığı Ermənistan tərəfindən göstərilməsi də vacibdir”.

Onun sözlərinə görə, əsas məsələ bu prosesin yavaş və ya sürətli işləməsi deyil, prosesin daha güclü iradəyə söykənməsi, tərəflərin bir-biri ilə məsələni açıq və səmimi şəkildə müzakirə etməsidir.

Lent.az