Qətliam
Qətliam

Nigeriyada ordunun, Taliban hərəkəti

tərəfdarı radikal dinci xadimlərin getdiyi bir məscidi bombalaması nəticəsində ölənlərin sayının 200 olduğu açıqlandı.

TALİBAN QƏTLİAM  ETMİŞDİ (ŞƏKİLLƏR)

Adının açıqlanmasını istəməyən bir polis, Nigeriya ordusunun hücumunda ölənlər arasında Talibanın iki nömrəli lideri Əbubəkr Şekaunun da olduğunu və Şekaunun 200 tərəfdarıyla birlikdə öldüyünü ifadə etdi.

Daha əvvəl şərh edən ordu komandiri General Saleh Mayna, dünən gecə təşkil edilən hücumda Taliban yanlısı hərəkət liderinin 300 tərəfdarıyla qaçdığını söyləmişdi.

Hadisəyə şahidlik edən Associated Press müxbiri də hücumdan sonra məsciddə 100-ə qədər cəsəd gördüyünü qeyd etmişdi.

BİR HƏFTƏDƏ 600 ÖLÜ

Nigeriyanın şimalında, təhlükəsizlik gücləriylə Əfqanıstandakı Taliban hərəkəti yanlısı radikal dinci xadimlər arasında həftə sonu çıxan qarşıdurmalarda 150 adam ölmüşdü. Ölkədə son bir həftə içində də Taliban tərəfdarı militanlar ilə dövlət gücləri arasında meydana gələn qarşıdurmalarda 600 adam öldü.