Naxçıvan
Naxçıvan

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3-cü çağırış 7-ci sessiyası işinə başlayacaq.

“Azadlıq” radiosu xəbər verir ki, 45 deputatın iştirakı ilə keçiriləcək sessiyada nazirlik, komitə və idarə rəhbərlərinin də iştirakı gözlənir.

Sessiyanın gündəliyinə bu məsələlər daxil edilib: 2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları; Naxçıvan Muxtar Respublikasının 2009-cu il dövlət büdcəsinin icrasının təsdiqi; Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi; Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında qanuna dəyişiklik edilməsi.

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3-cü çağırış 7-ci sessiyası işinə başlayacaq.