Schalke 04
Schalke 04

Almaniya  Bundesliganın köklü klublarından Schalke 04-ün çox maraqlı bir tərəfi ortaya çıxdı.

 

Forma rəngi mavi-ağ olan Schalke 04-ün klub marşının bir hissəsində, “Hz. Məhəmməd də rənglərin arasında mavi-ağı seçdi” sözləri var.

“Mavi və ağ, səni necə sevirəm”, “Mavi və ağ, məni tərk etmə” sətirləriylə başlayan dörd qitəlik marşın üçüncü qitəsində, Hz. Məhəmməd ilə əlaqədar bu ifadələrə yer verilir: “Hz. Məhəmməd bir peyğəmbər idi. Futbol oyunundan xəbəri yox idi. Buna baxmayaraq bütün ehtişamlı rənglərin arasından, özü üçün mavi-bəyazı seçdi.”

Schalke 04-ün məşhur Veltins Arena Stadionunu dolduran minlərlə mavi-bəyazlı tərəfdar, matçların başlamasına az bir müddət qala, həmişə bir ağızdan bu marşı oxuyaraq stadionu cuşə gətirirlkər.

Milyonlarla Schalke tərəfdarının illərdir dilinə doladığı marşı, Hans J.Königin 1963-cü ildə yazdığı ifadə edilərkən, Hz. Məhəmmədin mavi-ağ rəngləri seçdiyinə dair hər hansı bir qaynaq ya da hədis iştirak etmir.

Schalke 04-ün rəsmi internet saytında yer verilən və video paylaşma saytlarına yüklənən marş haqqında, “Hz. Məhəmmədin bununla nə əlaqəsi var” şəklində şərhlər var.

MARŞIN ORJİNAL MƏTNİ

Blau und Weiß, wie lieb ich Dich

Blau und Weiß, verlass mich nicht

Blau und Weiß ist ja der Himmel nur

Blau und Weiß ist unsere Fußballgarnitur

Hätten wir ein Königreich

Machten wir es den Schalkern gleich

Alle Mädchen, die so jung und schön

Müssten alle Blau und Weiß spazieren gehn

Mohammed war ein Prophet

Der vom Fußballspielen nichts versteht

Doch aus all der schönen Farbenpracht

Hat er sich das Blau und Weiße ausgedacht

Tausend Feuer in der Nacht

Haben uns das große Glück gebracht

Tausend Freunde, die zusammenstehn

Dann wird der FC Schalke niemals untergehn.