Rabiyyə Qədir
Rabiyyə Qədir

Ümümdünya Uyğur Konqresinin prezidenti Rabiyyə Qədir iyulun 29-da Yaponiyaya səfər etməlidir

Çinin Xarici İşlər Nazirliyi, uyğur türklərinin mühacirətdəki liderinin səfərinə razılıq verən Yaponiya hökumətinə etiraz edib.
Ümümdünya Uyğur Konqresinin prezidenti Rabiyyə Qədir iyulun 29-da Yaponiyaya səfər etməlidir. Rəsmi Pekin onu Çinin Uyğurustan vilayətində baş vermiş qanlı hadisələrin təhrikedicisi hesab edir. Vaşinqtonda yaşanyan 62 yaşlı iş adamı Rabiyyə Qədir isə Çin hakimiyyətinin bu ittihamlarını rədd edir.
Xatırladaq ki, iyulun əvvələrində Urumçi şəhərində baş vermiş qarşıdurmalar nəticəsində təxminən 200 nəfər həlak olub, 1000-dən çox adam xəsarət alıb. /ANS PRESS/