Bakı Futbol Klubu
Bakı Futbol Klubu

Bu gün paytaxtın “Bakı” komandası UEFA Çempionlar Liqasının üçüncü seçmə mərhələsinin ilk matçına çıxacaq. Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstanın “Levski” klubunu qəbul edir. Matç saat 20-də start götürür.

 Turnirə ikinci mərhələdən qoşulan “Bakı” Litva çempionu “Ekranas”ı yolundan uzaqlaşdırıb. Səfərdə 2:2 bitən ilk matçın revanşında bakılılar Azərbaycan paytaxtında Baltik təmsilçisini 4:2 hesabı ilə məğlub edib.