Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Dövlət vergi orqanlarında işləmək istəyənlər üçün müsabiqə keçiriləcək

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edib. Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olan vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında avqustun 3-dən 16-dək aparılacaq. Namizədlər tələblərə cavab verdikləri halda onlara elektron sistemə daxil olmaq üçün xüsusi kod veriləcək. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər avqustun 26-dan 28-dək imtahana buraxılış vərəqəsini Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər.

Nazirlikdə deyirlər ki, namizədlərə vergi orqanlarında 33 vakant yer üzrə iş təklif olunur. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız bir vakant yerə ərizə ilə müraciət edə bilər. Namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

Elxan SALAHOV / Lent.az