Fətullah Gülən
Fətullah Gülən

Gəncədə nurçuluğu təbliğ edən 12 nəfər saxlanıldı

Gəncədə Nurçuluq dini təriqətini təbliğ edən 12 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, Kəpəz RPŞ əməkdaşları tərəfindən 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində Nurçuluq dini təriqətini təbliğ etdikləri üçün Gəncə şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev polisə gətirilib.
Etibar İsgəndərov və İsmayıl Əsgərov barəsində İnzibati Xətalar məcəlləsinin 310-cu, Elmir Mehdiyev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi ilə protokol tərtib olunub. Digərlərinin izahatları alındıqdan sonra buraxılıb./QayNar