Abdullah Öcalan (Apo)
Abdullah Öcalan (Apo)

“Gül və Ərdoğan məndən kürd probleminin həllini istəyib. Artıq dəyişmişəm, indi radikal demokratam”

Türkiyənin prezidenti Abdulla Gül və baş naziri Rəcəb Tayyib Ərdoğan kürd problemini PKK terror təşkilatının lideri Abdullah Öcalan vasitəsi ilə həll etmək istəyir. Bu barədə hazırda İmralıdakı həbsxanada saxlanılan Öcalan məlumat verib.
PKK lideri prezident və baş nazirin ona müraciət etdiyini bildirib: “Ərdoğan və Gül kürd məsələsinin həlli üçün dolayı yolla mənə müraciət ediblər”.
Öcalan qeyd edib ki, o, bu məsələdə hökumətə yardımçı olmaq niyyətindədir: “Müraciətə cavab olaraq “Yol xəritəsi” planını hazırlamışam. Planı avqustun 15-də ortalarında açıqlayacağam”.
Öcalan artıq çox dəyişdiyini bildirib: “Mən artıq əvvəlki adam deyiləm. Dövlət də həmişəki dövlət deyil. Keçmiş keçmişdə qaldı. Mən 11 ildir ki, savaşı sona çatdırmağa çalışıram. Hətta Turqut Özal zamanında bunu etmək istəyirəm. Özal Cəlal Tələbani vasitəsi ilə bunu məndən istəmişdi. Daha sonra Nəcməddin Erbakan Suriya prezidenti vasitəsi ilə belə bir çağrısı oldu”.
PKK lideri radikal demokrata çevirildiyini deyib: “Mən artıq əvvəlki kimi real sosializimin təsiri ilə bəzi şeylərin olacağını düşünmürəm. Bu gün Rusiya və Qafqazın durumu açıq-aşkar ortadadır. Çinin sosializmi ancaq ABŞ-a xidmət edir. Dava, savaş, ölüm artıq mənim prinsipim deyil. Artıq bunlardan vaz keçmişəm. Demokratik siyasəti və azadlığı əsas tuturam. Mən radikal bir demokratam”. / qaynar.info