YouTube
YouTube

Tanınmış onlayn servis YouTube-un saytında əvvəl axır üçölçülü video-roliklərin yerləşdiriləcəyi istisna deyil. Hazırda Google-da 3D-videoya baxmaq imkanı verən eksperimental sistemin işlənib hazırlanması həyata keçirilir. Yeni layihə axtarış servisinin Pit adında əməkdaşının təşəbbüsü ilə reallaşdırılır.

Qeyd etmək lazımdır ki, Google şirkəti özü video təsvir üçün nəzərdə tutulan 3D-funksiyasının yaradılmasında iştirak etmir. Pit öz təşəbbüsü üzərində özəl qaydada çalışır. Bu işdə Pit Google tərəfindən öz əməkdaşlarına iş vaxtlarının 20%-nin şəxsi layihələri üçün ayırmalarına icazə verən imkandan istifadə edir. 3D-sistemin işlənib hazırlanmasının başa çatdırılmasına hələ çox vaxt tələb olunur, lakin bu istiqamətdə maraqlanan istifadəçilər artıq təşəbbüskarın yerinə yetirdiyi işlərlə tanış ola bilərlər. Belə ki, istifadəçilərə YouTube-da yerləşdirilmiş kiçik video-rolikə 3D-rejimində tamaşa etmək təklif olunur. Bununla belə, üçölçülü təsvirə yalnız xüsusi eynəklərlə baxmaq mümkündür.