Nikolya Sarkozi
Nikolya Sarkozi

İdmanla məşğul olarkən özünü pis edən Sarkozi dərhal xəstəxanaya aparılıb

Bu gün Fransa prezidenti Nikolya Sarkozi xəstəxanaya yerləşdirilib.  “İnterfaks”a istinadən xəbərə görə, Sarkozi idmanla məşğul olan zaman özünü pis hiss edib.

Hadisə Sarkozinin Versaldəki iqamətgahında baş verib. Məşq zamanı 54 yaşlı prezidentin başı hərlənib. Bundan sonra onu tibbi baxışdan keçiriblər.

Fransada gələn məlumatlara görə, hazırda Sarkozi Val-de-Qras hərbi hospitalındadır. Frans-Press agentliyinin prezindentin ətrafındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Sarkozinin ürəyində problemlər var.

Hazırda sözügedən hərbi hospitalın ətrafı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən xüsusi qorunur. Xəstəxanaya Sarkozinin həyat yoldaşı Karla Bruninin də gəldiyi bildirilir.

ANS Press