Mark Zuckerberg
Mark Zuckerberg

Hesablamalara görə, 2008-ci ilin avqustunda Facebookun aylıq 100 milyon aktiv istifadəçisi olub.

İnsanların Facebooka olan marağı artmaqda davam edir və cari ilim 7 ayı ərzində istifadəçi sayı ötən iliknə nisbətən 2 dəfə artıb.

2009-cu ilin aprel ayında bu ictimai və sosial şəbəkənin istifadəçi sayı artıq 200 milyon idi. Hal-hazırda isə Facebookun istifadəçi sayı 250 milyona çatıb.

Facebook rəsmilərindən biri Mark Zuckerberg qeyd edib ki, “Bizim üçün 250 milyon rəqəmi heç də təsiredici gücə malik deyil. Bu bütün istifadəçilərimizin fərdi əlaqələrinin sayının bir göstəricisidir. Dünyanın hər yerində milyardlarla insanla əlaqə qurmaq üçün Facebookun qarşısında hələ uzun bir yol var”.

2009-cu ilin sonunadək Facebook əhalisinin 300 milyona çatacağı gözlənilir. İnsanlar get-gedə Facebookda daha çox vaxt keçirirlər.

İyun ayında aparılmış araşdırmalara əsasən, bir amerikalı günboyu ortalama 4 saat 39 dəqiqəni Facebooka sərf edir.

Facebookun artan istifadəçi sayı xərcləri də artırır. Reklam gəlirlərindəki artım Facebookun xərclərini belə ödəmir. Qazanc xərclənəndən çox az olduğuna görə, Facebook iqtsadi risklə üzləşə bilər. Hələki bu risk səhmləri alan müəyyən firmalar tərəfindən qorunur.

xeberler.az/Vüsalə