Angelina Jolie
Angelina Jolie

Xoşməramlı səfir Amerikalı aktrisa Angelina Jolie İraqa yardım çağırışı edib

ABŞ Qaçqınlar Üzrə Komitənin xoşməramlı səfiri aktrisa Angelina Jolie, İraqa yardım çağırışı edib.

ABŞ Qaçqınlar Üzrə Komitədən verilən açıqlamada, Jolienin İraqda bir qaçqın düşərgəsini ziyarət etdikdən sonra “İraqlıların həyatlarını yenidən qurmaları üçün böyük dəstəyə ehtiyacı var” deyərək ölkədə evlərindən didərgin düşən 1.6 milyon insana yardım istəyib.  

Əbu Qrib kəndi sakinləriylə görüşən Jolie, uşaqlarını məktəbə göndərə və ailəsinin həkimə apara bilmədiyini deyən  bir ataya, “yaşadıqlarınızın öhdəsindən gəlmək üçün güclü olmaq lazımdı. Mən bu qədər güclü ola bilərdimmi bilmirəm” deyə təsəlli verib.

Qeyd edək ki, Jolie iki il ərzində 3 dəfə İraqda olub.