Pərviz Əzimov
Pərviz Əzimov

Təhsil hüququ pozulmuş tələbənin məhkəmə işini saqqız kimi uzadırlar

 

Bu gun- 24 iyul tarixində Lənkəran Rayon Məhkəməsində Pərviz Əzimovun Lənkəran Dövlət Universitetinə qarşı qaldırdığı iddia ərizəsi üzrə hakim Cavanşir Məmmədovun sədrliyi ilə məhkəmə iclası keçirilib.
Bu işə baxan Lənkəran Rayon Məhkəməsinin hakimi Azər Səmədov məzuniyyətə getdiyi üçün iş hakim Cavanşır Məmmədovun öhdəliyinə keçib. Məhkəmənin hakimi dəyişdiyinə görə, C.Məmmədov işə yenidən baxmaq qərarına gəlib.
Bu gün keçirilən hazırlıq iclasında hakim tərəflərə məhkəmənin nə səbəbdən baxılmamış saxlanmasına dair sual verib. İddiaçı tərəf olan Pərviz Əzimov cavabında bildirib ki, qarşı tərəfin təklifi ilə məsələni məhkəmədən kənar, qarşılıqlı razılaşma yolu ilə həll etməkdən ötrü məhkəmə baxılmamış dayandırılmışdı: “Lakin universitet rəhbərliyinin qərəzli mövqeyi buna mane olub.”
Bu səbəbdən onlar işə mahiyyəti üzrə baxılmasına dair vəsadət qaldırıblar.
Hakim işin mahiyyəti üzrə baxılmasına dair Pərviz Əzimovun qaldırdığı vəsadəti təmin edib. Növbəti məhkəmə prosesi avqust ayının 11-nə təyin olunub. // T.İsmayılov, QayNar