Zalatan İbrahimoviç
Zalatan İbrahimoviç

Katalon klubu onun əvəzinə “İnter”ə Eto O-nu və 45 milyon avro verəcək


İspaniyanın “Barselona” və İtaliyanın “İnter” klubları Zlatan İbrahimoviçin katalon klubuna keçməsi ilə bağlı prinsipial razılaşma əldə ediblər. “Reuters” agentliyinə istinadən məlumata görə, bu barədə “Barselona”nın idman direktoru Çiki Beqiristayn bildirib.

O, artıq “İnter” və İbrahimoviçin özü ilə razılaşma əldə etdiklərini vurğulayıb: “Hazırda sənədlərin hazırlanması prosesi gedir. Hələlik bütün kağızlar Milandadır. Buna görə də, Zlatanın “Barselona”ya rəsmi keçidi iyulun 27-dən tez olmayacaq.

Qeyd edək ki, mətbuat Zlatan İbrahimoviçin yerinə kamerunlu Samuel Eto O-nun “İnter”ə veriləcəyini yazır. Bundan əlavə, “Barselona” İtaliya klubuna əlavə 40-45 milyon avro ödəyəcək.  / Lent.az