Polis
Polis

Sülh korpusunun nümayəndələrini səs-küy salmaqda təqsirləndirirlər

Bakının Nəsimi rayonunda bir qrup ABŞ vətəndaşı polislər tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, iyulun 21-də gecə saat 01 radələrində Tolstoy küçəsində ABŞ vətəndaşları – 1985-ci il təvəllüdlü Corc Timoti Ceffri, 1979-cu il təvəllüdlü Peterson Maffey Marşal, 1978-ci il təvəllüdlü Zoydema Brayan Brayan, 1984-cü il təvəllüdlü Balloy Cefri Timas və 1977-ci il təvəllüdlü Stevens Donald Leon polis əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslər qeyd olunan küçədə səs-küy salmaqda günallandırılırlar. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib ediləndən sonra onlar sərbəst buraxılıblar. Onların sülh korpusunun nümayəndələri olduğu bildirilir. // musavat.com