National Geographic - Azərbaycan Xəritəsi
National Geographic

Dünya şöhrətli “National Geographic” jurnalı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ayrıca ərazi kimi göstərib.

APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan haqqında məlumat xarakterli səhifədə Dağlıq Qarabağın mərkəzinin adı Xankəndi yazılsa da, ərazinin özü ingilis dilində mübahisəli (“disputed”) kimi təqdim olunub (http://travel.nationalgeographic.com/places/maps/map_country_azerbaijan.html).

Lakin “National Geographic”-in internet səhifəsində Gürcüstan ərazisindəki separatçı qurumlar Cənubi Osetiya və Abxaziya ümumiyyətlə əks olunmayıb.

Qeyd edək ki, bir qədər əvvəl İngiltərənin “Economist” jurnalı Bakı-Tiflis-Ceyhan kəmərinin Ermənistan ərazisindən keçməsini əks etdirən xəritə çap edib. Lakin çoxsaylı azərbaycanlı oxucunun etirazından sonra jurnal iyulun 20-də səhvini düzəldib.