Yahoo!
Yahoo!

“İstəyirik ki, sayt insanların virtual həyatlarının bir mərkəzinə çevrilsin”

 “Yahoo Inc.” şirkəti bu gün özünün yahoo.com saytının yenilənmiş versiyasını təqdim edəcək. Belə ki, səhifənin dizaynı 2006-cı ildən bu günə kimi ilk dəfədir dəyişəcək.
“Çox güman ki, bu Yahoo!-nun tarixi boyu ən əsaslı yenilənmə olacaq, bizim səhifəyə milyonlarla istifadəçi daxil olur və biz əmin olmaq istəyirik ki, bu sayt onların virtual həyatlarının bir mərkəzinə çevrilsin”, – deyə şirkətin istehlakçı sektorunun vitse-prezidenti Tapan Bhat bildirib.
Əsas yeniliklər Yahoo!-da digər resurslara, yəni Gmail, Twitter, Facebook kimi saytlara istinadların olmasıdır. İstifadəçilər üçün həmçinin sayt üzrə naviqasiya asanlaşacaq. Belə ki, onlar seçilmiş resurslara istinadları əsas səhifədə özləri düzə biləcəklər. Yahoo!-nun ilk yeni dizaynını ABŞ əhalisi görəcək. Yeni səhifənin tamamlanmış versiyasının payızda işıq üzü görəcəyi gözlənilir.
Qeyd edək ki, daxil olmaların sayına görə Yahoo.com Google-dan sonra ikinci yeri tutur.