Əsgər
Əsgər

İki zabit həlak oldu, onlardan birinə 30 güllə dəyib
 
Füzuli rayonunun  N saylı hərbi hissəsində dəhşətli faciə baş verib. Belə ki, Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Emin Rəhimov və əsgər yoldaşı (adını hələlik dəqiləşdirmək mümkün olmayıb) ilə birgə zabitləri güllələyib. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə “Bizim Yol” qəzetinin bugünki sayında məlumat verilib.
Ordudakı mənbələrdən qəzetə verilən məlumata görə, əsgərlər 5 zabitə aramsız atəş açıblar. Nəticədə 1 zabit və 1 gizir həlak olub. Həlak olan gizirə 30 güllə dəyib. Baş leytenant isə aldığı güllə yarasından keçinib. Digər zabitlər isə atəşdən yayına biliblər.
Xəbərə görə, zabitlərə atəş açan əsgərlər törtədikləri əmələ görə haubvaxta aparılmalıymış.
Qeyd edək ki, olay redaksiyaya 2 gün əıvvəl məlum olub, amma xəbəri dəqiqləşdirmək və Müdafiə Nazirliyinin mövqeyini öyrənmık vaxt aparıb. Xüsusən Nazirliyin sözçüsü Eldar Sabiroğlunun xəbərlə bağlı məlumat toplaması 2 gün çəkib. Təssüf ki, dünən onunla təkrar əlaqə saxlayarkən E.Sabiroğlu hələ də olayla bağlı xəbər tuta bilmədiyini söyləyib. // T.İsmayılov, QayNar