Adnan Hacızadə və Emin Abdullayev
Adnan Hacızadə və Emin Abdullayev

Bakı Apellyasiya Məhkəməsi bu gün Adnan Hacızadə və Emin Abdullayevlə bağlı kütləvi informasiya vasitələri (KİV) üçün açıqlama yayıb.

Məhkəmədən verilən xəbərə görə, açıqlamada son günlər bəzi KİV-lər tərəfindən Adnan Hacızadə və Emin Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarlardan verilmiş apellyasiya şikayətlərinə baxılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyaların yayıldığı qeyd olunur.

Bakı Apellyasiya Məhkəməsi bildirir ki, təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin 10 iyul 2009-cu il tarixli qərarlarından verilmiş apellyasiya şikayətlərinə 20 iyul 2009-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasında Cinayət Prosessual Məcəllənin 453.2-ci maddəsinin tələbinə əməl edilməklə qapalı məhkəmə iclaslarında baxılıb.

Həmin Məcəllənin 453.3-cü maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərarların qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclaslarında hər iki təqsirləndirilən şəxsin, onların müdafiəçilərinin, həmçinin prokurorun və müstəntiqin iştirakı ilə apellyasiya şikayətləri araşdırılıb.
Bakı Appellyasiya Məhkəməsi bildirir ki, təqsirləndirilən şəxslərə qarşı prosessual məcburiyyət tədbirləri mövcud qanunların tələblərinə riayət edilməklə tətbiq edildiyindən birinci instansiya məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılıb.

Ramiz  / Lent.az